"Sədərək"də biabırçılıq: yanğından sonra bunu da etdilər

18-02-2020, 12:51           
"Sədərək"də biabırçılıq: yanğından sonra bunu da etdilər
"Sədərək" Ticarət Mərkəzi yanır, bazarın çıxışındakı şlaqbaumlar bağlıdır, kassirlər maşınların bazardan çıxması üçün 50 qəpik yerpulu yığır.

Teref.az xəbər verir ki, bunu hadisə yerində olan jurnalistlərdən biri "Facebook" səhifəsində yazıb.

Hadisəyə ironik münasibət bildirən jurnalist belə getsə, yanğınsöndürən maşınların da ərazidən çıxanda pul ödəyəcəyini bildirib.

Qeyd edək ki, bu gün "Sədərək" Ticarət Mərkəzində güclü yanğın olub. Hadisə nəticəsində 60-yaxın mağaza yanıb, 8 nəfərin zəhərləndiyi bildirilir. (qaynarinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru