Azərbaycanda yeni qızıl yatağı tapıldı: Büdcəyə 3 milyard manat gəlir gətirəcək

18-02-2020, 18:53           
Azərbaycanda yeni qızıl yatağı tapıldı: Büdcəyə 3 milyard manat gəlir gətirəcək
Balakən rayonundakı qızıl-gümüş yataqları Azərbaycana 3 milyard manat gəlir gətirəcək.

Teref.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə “AzerGold” QSC-nin sədri Zakir İbrahimov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır:

“Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir.

Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə də buruq-qazma işləri aparılır”- deyə Zakir İbrahimov qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru