ŞAD XƏBƏR: Pulsuz internetlə bağlı növbəti addım atıldı - VİDEO

19-02-2020, 08:25           
ŞAD XƏBƏR: Pulsuz internetlə bağlı növbəti addım atıldı - VİDEO
ABŞ-ın kosmik şirkəti “SpaceX” pulsuz internetlə bağlı növbəti addımı atıb.

Publika.az xəbər verir ki, şirkət kosmosa daha 60 peyk buraxıb. Məlumata görə, peyklər Kaliforniya ştatından 9 raket vasitəsiylə kosmosa daşınıb. Bununla da, şirkətin internetlə bağlı kosmosa buraxdığı peyklərin sayı 300-ə çatıb.

Qeyd edək ki, “SpaceX” şirkəti dünyada internetin olmadığı və ya zəif olduğu bölgələri internetlə təmin etmək üçün irimiqyaslı layihə həyata keçirir. Bəzi ərazilərdə internetin pulsuz olacağı planlaşdırılır. Bu məqsədlə kosmosa 12 min peykin göndərilməsi nəzərdə tutulur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.