Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu

25-03-2020, 08:14           
Harvard Universitetinin prezidenti koronavirusa yoluxdu
Harvard Universitetinin prezidenti Lourens Bekou və onun həyat yoldaşı koronavirusa yoluxub.

“Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə təhsil müəssisəsinin saytında dərc olunan bəyanatında deyilir. Aparılan müayinələr zamanı onların hər ikisində koronavirus aşkar edilib.

Universitet prezidenti qeyd edib ki, nə özü, nə də həyat yoldaşı Adel necə yoluxduğunu bilmirlər.

Xatırladaq ki, bu ayın əvvəlində Harvard Universitetinin tələbələri koronavirus səbəbindən distant təhsilə keçiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru