İranda koronavirusdan ölənlərin sayı 2 mini, dünyada isə 21 mini keçdi
26-03-2020, 08:51
İranda koronavirusdan ölənlərin ümumi sayı 2 min 77 nəfərə çatıb. Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, son saatlarda bu virusdan İranda 143 nəfər dünyasını dəyişib. Son 24 saatda İranda 2 min 206 nəfərdə koronavirus aşkar edilib, ümumilikdə isə bu zamana qədər qonşu ölkədə 27 min 17 nəfər qeyd edilən virusa yoluxub.
İran dünyada koronavirusa yoluxanların sayına görə 6-cı yerdədir. İlk beşlikdə isə Çin, İtaliya, Amerika, İspaniya və Almaniya gəlir Bu ölkələr arasında bu gün ən çox ölüm halı İtaliyada (683 nəfər) və İspaniyada (656 nəfər) olub.
Onu da qeyd edək ki, koronavirusdan dünyada ölənlərin sayı artıq 21 min nəfəri keçib. Belə ki, hazırda dünyada bu virusdan ölənlərin sayı 21 min 145 nəfərdir. Son bir neçə saat ərzində dünyada 2 mindən çox insan bu virusdan dünyasını dəyişib. Bu göstərici ötən günlərlə müqayisədə xeyli yüksəkdir.