Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583-ə çatıb

29-03-2020, 08:52           
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583-ə çatıb
Cənubi Koreyada son 24 saat ərzində 105 yeni koronavirusa (COVID-19) yoluxma hadisəsi qeydə alınıb, 222 nəfər isə sağalıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeni virusa yoluxmuşların ümumi sayı 9583 nəfərə yüksəlib, 152 nəfər ölüb.

Qeyd edək ki, Cənubi Koreyanın Daequ şəhəri və Qyeonqsanqbuk əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib. Bütün məktəblərin və məktəbəqədər müəssisələrin fəaliyyəti aprelin 6-dək təxirə salınıb. Əhalidən evdən çıxmamaq tələb edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru