ABŞ-da koronavirusdan ilk körpə ölümü qeydə alınıb
29-03-2020, 10:22
ABŞ-ın Çikaqo şəhərində koronavirusa yoluxan 1 yaşı tamam olmamış körpə ölüb.
APA-nın TASS-a istinadən xəbərinə görə, indiyədək ABŞ-da koronavirusdan ölənlərin arasında körpə ölümü olmayıb və bu, ilk belə haldır. İllinoys ştatının Səhiyyə Departamentinin məlumatında qeyd olunur ki, hazırda körpənin ölüm səbəbi dərindən araşdırılır.