Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir

1-04-2020, 00:00           
Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir
Azərbaycanda energetik içkilərin uşaqlara satılması, eləcə də energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağan ediləcək.

Bu, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, energetik içkilərin uşaqlara satılması, energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.

Eyni zamanda, energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan ediləcək.
Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq. //APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru