İtaliya XİN: İtaliya Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımır

1-04-2020, 00:32           
İtaliya XİN: İtaliya Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımır
"İtaliya Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkisi"ni tanımır".

APA xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.

Nazirlik paylaşımına Aİ-nin bəyanatını da əlavə edib.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"ni tanımadığını bəyan edib.

"2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz", - deyə Bəyanatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru