Sorğu keçirən jurnalisti hamı tənqid etdi

1-04-2020, 11:25           
Sorğu keçirən jurnalisti hamı tənqid etdi
Müxtəlif telekanallarda yayımlanan karantin rejimindəki küçə sorğuları sosial şəbəkələrdə ictimai qınağa səbəb olub. “Qafqazinfo” xəbər verir ki, müxbirlərin israrla vətəndaşlardan maska, əlcək və ya evdə qalmasını tələb etməsi peşəkarlar tərəfindən qınanılıb.
Səhiyyə Nazirliyi dəfələrlə xəstəliyə yoluxmayan şəxslərin maska taxmaq məcburiyyətinin olmadığını vurğulayıb. Bundan başqa, qanuni olaraq insanların maska, əlcək və bu kimi ləvazimatlardan istifadəsi məcburi deyil. Vətəndaşlar sadəcə olaraq 2 metrlik ara məsafəsini saxlamalıdır ki, elə bu qanunu da jurnalistlər pozur.
“Qafqazinfo” xəbər verir ki, sözügedən sorğulardan biri də Sumqayıt şəhərində fəaliyyət göstərən Dünya TV-də yayımlanıb.
Həmin videoda yer alan jurnalistin özünün karantin qaydalarına əməl etməyib şəhər sakinlərinə tutduğu irad sosial şəbəkələrdə şiddətlə qınanıb:
“Bakıda 60-70 böyük və kiçik aptek gəzmişəm, bircə dəfə 2 maska ala bilmişəm, 1 dəfə də 14 manata filtrli maska. Camaat haradan tapsın maskanı? Özü əlcəksizdir, telefonu əlində, mikrofonun üstü bağlanmayıb, müsahiblərlə 2 m məsafə qorunmur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru