İranda karantinə əməl etməyənləri “Əzrail” ilə qorxudurlar – Video
3-04-2020, 00:02
Sosial mediada yayılan görüntülərə görə, İranda bələdiyyə işçiləri “Korona” yazılmış “Əzrayıl”ı təmsil edən kostyumlar geyinərək koronavirusa yoluxanların sayının çox olduğu Xuzistan əyalətinin Xürrəmşəhr şəhərində küçələrdə gəziblər. KONKRET.az xəbər verir ki, bələdiyyə işçiləri karantin rejimində ictimai yerlərdə məsafəni qorumağı və təcrid olunmağın vacibliyini bildirərək əhalini xəbərdar ediblər.
Qeyd edək ki, bu gün İranda infeksiyadan ölənlərin sayının 3 160 nəfər olduğunu açıqlanıb. Daha 2 875 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 50 467 nəfərə çatıb. Həmçinin 16 711 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığı vurğulanıb.
Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.