İsrail özünü təmizləyən tibbi maska ​​İCAD ETDİ

26-05-2020, 08:08           
İsrail özünü təmizləyən tibbi maska ​​İCAD ETDİ
Texnion - İsrail Texnologiya İnstitutunun alimləri özünü təmizləyə bilən tibbi maska ​​icad ediblər.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, maska bu xüsusiyəti ilə təkrar istifadə edilə biləcək. Yenilik, insanı koronavirusdan qorumağa qadirdir.

"İsrail maskası" yeni texnologiya əsasında hazırlanıb. Cihazda karbon lifinin xüsusi bir təbəqəsi elektriklə qızdırılır. Qoruma vasitəsinin batareyaları standart USB bağlayıcısı ilə doldurulur.

İxtiraçılar təkrar istifadə edilə bilən maskaların ətraf mühitin çirklənməsinin qarşısını alacağını vurğulayıblar. Onlar bəşəriyyətin istifadə etdiyi fərdi qoruyucu vasitələrin sayını azaldacaqlar.

İsraillilər artıq bu cihazın patentini almaq üçün müraciət ediblər. Kütləvi istehsalın başlanması ilə bağlı da danışıqlar aparırlar.

Maska bahalı olmayacaq. Pərakəndə satış qiyməti bir dolları keçməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru