Tələbələrimiz ermənilərin iştirak etdiyi yarışda qalib oldu

27-05-2020, 00:00           
Tələbələrimiz ermənilərin iştirak etdiyi yarışda qalib oldu
Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Azərbaycan, Gürcüstan və Ermənistanda alman dili ixtisası üzrə təhsil alan tələbə və şagirdlər arasında keçirilən “Foto-marafon”da 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Axar.az xəbər verir ki, yarışma DAAD (Alman Akademik Mübadilə Xidməti) və Göte İnstitutunun təskilatçılığı ilə onlayn şəkildə keçirilib.

Yarışmanın şərtlərinə əsasən iştirakçılar 3 saat ərzində onlara spontan olaraq təqdim olunan mövzulara dair şəkillər çəkməli, həmin şəkillərə alman dilində şərh yazaraq onlayn platformaya yükləməli idilər.

Münsiflər heyətinin rəyləri və açıq səsvermə nəticəsində ADU-nun Tərcümə ixtisası üzrə tələbəsi Murad İlknur “Korona dövründə hisslər” kateqoriyasında 1-ci, alman dili müəllimliyi ixtisası üzrə tələbə Rəfiqə Cümşüdova “Pandemiya və fotoqraflıq” kateqoriyasında 2-ci və Tərcümə ixtisası üzrə tələbə Rəna Məmmədova “Evdə yeni kəşfim” kateqoriyasında 3-cü yerə layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru