İlon Mask ABŞ-ın koronavirus statistikasını “saxta” adlandırdı...
27-05-2020, 00:00

"Düşünürəm ki, hər şey yoluna düşəndə bəlli olacaq ki, koronavirus insanların düşündüklərindən daha kiçik bir problem olub".
Bu sözləri dünya şöhrətli amerikalı iş adamı, "Tesla” və "SpaceX”-in qurucusu İlon Mask, "Bloomberg Businessweek”-ə müsahibəsində söyləyib.
O bildirib ki, ABŞ-da koronavirus xəstələrinin sayının hesablanmasının ümumi statistikaya "COVID-19”-a bənzər simptomları olan xəstələrində əlavə edildiyi aprel ayının ortalarından etibarən etibarlı olmayıb.
"Düşünürəm ki, "COVID”-in test tərəfindən təsdiqlənməmiş, sadəcə, "COVİD”-ə bənzər simptomları təqdim edənlərə statistika etibarlı deyildi. Statistika, ehtimal ki, aprel ayının ortalarından etibarən saxta oldu. "COVID”-ə bənzər simptomlar yüzə yaxın. Əslində hər şey "-deyə Mask söyəyib
İş adamı "SpaceX” əməkdaşları arasında ciddi bir infeksiyanın olmadığını da qeyd etdi.
"...”SpaceX” bu müddət ərzində milli müdafiə ilə bağlı işlərlə məşğul olduğundan işləməyə davam etdi. 8 min insan pandemiya boyu bütün gün ərzində çalışdı. Los-Ancelesdə, Texas, Florida-da işləməyimizə baxmayaraq, bizdə heç bir bir yoluxma və ya ölüm halları olmadı. Eyni vəziyyət təxminən 7 min "Tesla” əməkdaşının çaışdığı Çində də baş verdi. Düşünürəm ki, hər şey düzəldikdə bəlli olacaq ki, bütün bunlar insanların düşündüklərindən daha kiçik bir problem olub” – İ.Mask belə deyib.
Mask bundan əvvəl ABŞ-da "COVID-19” pandemiyası səbəbiylə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin erkən qaldırılmasına çağıran bir sıra açıqlamalar vermişdi. "İnsanlara azadlıqlarını geri verin!"- "Space-X” qurucusu "Tvitter”-də "Wall Street Journal”ındakı "Karantin insanların həyatını xilas edirmi?" müəllif məqaləsinə cavab olaraq belə söyləyib.
Sultan Laçın