Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO

27-05-2020, 01:01           
Pandemiya dövründə ən çox qazanan rusiyalı milyarderlər - FOTO
Rusiyanın zəngin adamları koronavirus pandemiyası dövründə sərvətlərini artırıblar.

“Report” “Forbes” jurnalına istinadla xəbər verir ki, COVID-19 pandemiyası dövründə Rusiyanın ən varlı adamları sərvətlərini 62 milyard ABŞ dolları artırıb. Hazırda onların 454 milyard ABŞ dolları var.

Rusiyalı milyarderlər arasında ilk yerlərdə olan “Nornikelya”-nın sahibi Vladimir Potaninin varidatı 19,6 milyard ABŞ dollarından 26,1 milyard ABŞ dollarına qədər artıb.

Potanindən sonra ikinci yerdə “Novateka”-nın sahibi Leonid Mixelson gəlir. O, pandemiya dövründə 5,4 milyard ABŞ dolları qazanıb. Hazırda onun sərvəti 22,5 milyard ABŞ dollarıdır.

“Severstal”-ın sahibi Aleksey Mordaşov 2,3 milyard ABŞ dolları (hazırda sərvəti 19,1 milyard ABŞ dollarıdır), “Lukoil”-in prezidenti Vahid Ələkbərov 5,6 milyard ABŞ dolları qazanıb ( hazırda onun sərvəti 20,8 milyard ABŞ dollarıdır).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru