Müsəlman ölkəsi hakim elitasının nümayəndəsi bütlərə sitayiş etdi...-VİDEO
29-05-2020, 09:05
Birləşmiş Ərəb Əmirliklərinin hakim elitasının xanım nümayəndəsi Hind əl-Qasıminin Hindistan paytaxtı Yeni Dehlidəki Şri Lakşmi-Narayan hinduist ibadətgahını ziyarəti zamanı bir sıra bütpərəst ayinlərini icra etməsi sosial şəbəkələrdə qalmaqal yaşadıb.
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
Üstəlik, BƏƏ-dən olan qonaq bütpərəst məbədində "müqəddəs su"dan içdiyi, çox sayda tanrıya sitayiş etdiyi və bundan əla mənəvi təcrübə qazandığını söylədiyi bir video-müraciət də yayıb. Çıxışının sonunda müsəlman hesab edilən ərəb xanım dinləyiciləri həyatlarında, heç olmasa, bir dəfə bu məbədi ziyarət etməyə də çağırıb.