Silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma - Ölənlər var
29-05-2020, 11:36
İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma qeydə alınıb. Teref.az-ın xəbərinə görə, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub. Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb. Həmçinin İran sərhədçilərindən 3 nəfər həyatını itirib.APA