Xaçaturov Sadıqovla nə razılaşıb? – İrəvan araşdırır

29-05-2020, 13:45           
Xaçaturov Sadıqovla nə razılaşıb? – İrəvan araşdırır
Ermənistanın Aprel müharibəsinin araşdırılması ilə bağlı yaradılmış istintaq komissiyasında bu gün keçmiş xarici işlər naziri Edvard Nalbəndyanın dindirilməsi baş tutacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, dindirilmə video-bağlantı vasitəsilə olacaq. Nalbəndyanın iclasa hazırda yaşadığı Rusiyadan qatılacağı vurğulanıb.

Komissiya Nalbəndyandan Aprel müharibəsi zamanı Ermənistan Baş Qərargah rəisi olan Yuri Xaçaturovun Moskvada hansı sənədə imza atdığını öyrənməyə çalışacağı bildirilib.

Qeyd edək ki, Xaçaturovla Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov arasında 2016-cı ilin 5 aprelində Moskvada görüş baş tutmuşdu. Tərəflər Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru