Bu ay ABŞ-da milyonlarla insan koronavirusa yoluxub

23-11-2020, 01:09           
Bu ay ABŞ-da milyonlarla insan koronavirusa yoluxub
Noyabrda ABŞ-da koronavirusa yoluxma hallarının sayı rekord səviyyəyə - 3 milyona çatıb. “Report” xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyətin informasiyası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatlarına istinadən CNN teleşirkəti bildirib.

Universitet məlumatına görə, bu ay ABŞ-da koronavirusa 3 002 082 yoluxma təsdiq edilib. Bu, martdan ən yüksək aylıq göstəricidir. Əvvəlki pik statistika iyulda qeyd edilib. Həmin ay koronavirusa 1 921 461 yoluxma aşkarlanıb. Oktyabr, avqust və sentyabr aylarında milyondan çox amerikalı koronavirusa yoluxub.

Universitet qeyd edib ki, ABŞ-da təhlükəli virusa bütovlükdə 12,16 milyondan çox yoluxma qeydə alınıb, COVID-19-dan 256 347 insan ölüb. Birləşmiş Ştatlar dünyada hər iki göstərici üzrə birinci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru