İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı

23-11-2020, 06:52           
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
“SpaceX” şirkətinin təsisçisi və “Tesla”nın baş direktoru İlon Mask bir həftə ərzində sərvətini 13.5 milyard dollar artırıb.

Bu barədə “Forbes” məlumat verib.

22 noyabrda jurnalın milyarderlər reytinqində İlon Maskın sərvəti 104.5 milyard dollar təşkil edib. O, bu göstərici ilə reytinqin dördüncü pilləsində qərarlaşıb.

“Bloomberg” isə milyarderin sərvətini 121 milyard dollar kimi qiymətləndirib və bununla İlon Mask nəşrin reytinqində üçüncü pillənin sahibi olub.

İlon Maskın sərvətinin artmasına səbəb “Tesla” şirkətinin səhmlərinin qiymətinin təxminən 20 faiz artması olub.

Qeyd edək ki, “Tesla”nın səhmlərinin 21 faizi İlon Maska aiddir.oxu.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.