Netanyahu və Əbu Dabinin vəliəhdinin namizədlikləri Nobel Sülh Mükafatına irəli sürülüb –Açıqlama

25-11-2020, 00:26           
Netanyahu və Əbu Dabinin vəliəhdinin namizədlikləri Nobel Sülh Mükafatına irəli sürülüb –Açıqlama
Şimali İrlandiyadakı münaqişənin həllində iştirakına görə 1998-ci il Nobel Sülh Mükafatını qazanan, Olster Yunionist Partiyasının keçmiş başçısı Devid Trimbl İsrailin baş naziri Binyamin Netanyahu və Əbu Dabi vəliəhdi Məhəmməd bin Zayed Əl Nahyanı 2021-ci ildə bu mükafatı almaları üçün namizəd göstərib.

TASS xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisindən bildiriblər.

Ofisdən qeyd olunub ki, Nobel Mükafatı Komitəsinin qaydalarına uyğun olaraq, lord Trimbl Nobel Sülh Mükafatı laureatı olduğundan onun Netanyahunu namizəd kimi göstərilməsi qərarı bu komitənin bu məsələni müzakirə etməsinə səbəb olacaq/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru