Dünyanın ən varlı insanı məlum oldu

25-11-2020, 09:57           
Dünyanın ən varlı insanı məlum oldu
Eyni zamanda dünyanın ən varlı 5 insanı siyahısına "Louis Vuitton Moët Hennessy" şirkətinin rəhbəri Bernar Arno və "Facebook"un yaradıcısı Mark Zukerberq yer alıb

"SpaseX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən varlı insanları siyahısında ikinci pilləyə yüksəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Belə ki, Maskın varidatı bir ildə 100,3 milyard artaraq 127,9 milyarda yüksəlib.

"Microsoft" şirkətinin qurucusu Bill Geyts isə 127,7 milyard dollar sərvəti ilə üçüncü pilləyə düşüb.

"Bloomberg" reytinq siyahısında birinci yerdə 182 milyard dollar sərvəti ilə "Amazon"un təsisçisi Ceff Bezos qərarlaşıb.

Eyni zamanda dünyanın ən varlı 5 insanı siyahısına "Louis Vuitton Moët Hennessy" şirkətinin rəhbəri Bernar Arno və "Facebook"un yaradıcısı Mark Zukerberq yer alıb.

Amerikanın "Tesla Motors" şirkəti 2003-cü ildə yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru