Bəs Vasif Talıbov deyirdi ki, Naxçıvanda koronavirus yoxdur... - Xəstəlik tüğyan edir, amma əvəzində...

2-12-2020, 20:28           
Bəs Vasif Talıbov deyirdi ki, Naxçıvanda koronavirus yoxdur... -
"Naxçıvanda COVID-19 virusu tüğyan edir, xəstə əlindən məktəblərdə uşaq tapılmır ki, müəllim dərs keçsin"

Bu barədə "MediaPost"a daxil olan şikayətdə bildirilib. Şikayətçi Naxçıvanda koronavirusun bu qədər geniş yayılmasına baxmayaraq hələ də təhsil müəssisələrinin bağlamamsınına etirazını bildirir:

"Vəziyyət çox pisdir. Naxçıvanda yaşayan insanlar bilir ki, burada vəziyyət necədir. Amma nə məktəb, nə də universiteti bağlamırlar".

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib ki, onlarda Naxçıvanda koronavirusun geniş yayılması ilə bağlı məlumat yoxdur.

Nazirlər Kabineti ilə əlaqə saxlamağa çalışsaq da, hər zaman olduğu kimi qurumun mətbuat xidmətindən məlumat ala bilmədik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru