SAATLIDA DİREKTOR MÜƏLLİMƏNİ TƏLƏB ETDİYİ PULU VERMƏDİYİ ÜÇÜN DÖYDÜ

5-02-2016, 23:13           

Saatlı rayonu, Xanlarkənd kənd tam orta məktəbinin direktoru 10 manata görə müəlliməni təhqir etdi Saatlı rayonu İ.Ağayev adına Xanlarkənd kənd tam orta məktəbinin direktoru Lətifə Həsənova ilə bağlı növbəti insident yaşanıb.

Etibarlı mənbənin verdiyi məlumata görə, bu gün adıçəkilən məktəbdə direktor Lətifə Həsənova ilə məktəbin müəllimi Fatma müəllimə arasında xoşagəlməz insident baş verib. Belə ki, bir neçə gün öncə direktor iclas keçirirək müəllimlərə tapşırıq verib ki, maaşlar veriləndə hər müəllim stajından asılı olaraq 10-15-20 manatdan pul versin. Səbəbi isə belə qoyub ki, yığılan vəsait Saatlı rayon Təhsil Şöbəsinə və İcra Hakimiyyətinə çatacaq. Ki, Xanlarkənd kənd tam orta məktəbinə hansısa yoxlama-filan göndərilməsin. Gözükölgəli müəllimlər direktorun şərti ilə razılaşsalar da, bir çox müəllim buna qarşı çıxıblar. Amma direktor buna əhəmiyyət verməyərək hər bir müəllimin pul verməli olduğunu vurğulayıb. Verilən məlumata görə, bu gün direktor Lətifə Həsənova Fatma və Nizami müəllimi sinif otaqlarına müəllimlərin üstünə yollayaraq iclasda tapşırılan pulları yığmağı göstəriş verib. Hətta verilən məlumata görə, Fatma müəllimə digər həmkarlarını dilə tutmaqla da pulu onlardan almaq istəyib. Bir sıra müəllim direktorun tapşırığına əməl etsə də, digərləri tələb olunan pulu verməkdən imtina edib. Bu isə direktorun qəzəbinə tuş gəlib. Məsələnin digər maraqlı tərəfi isə, direktor Lətifə Həsənova ilə Fatma müəllimə arasında baş verən münaqişə olub. Bir neçə gün öncə dərc etdiyimiz məqalədə vurğulamışdıq ki, direktor məktəb müəllimlərinin adına «Unibank»dan kredit götürüb. Həmin şəxslərdən biri də Fatma müəllimədir. Deyilənə görə, direktorun iclasda tapşıraraq təhsil şöbəsinin adına yığdığı pulların bir hissəsi Fatma müəllimin kreditinin aylığını bağlamaq məqsədi daşıyırmış. Elə ona görə də, Fatma müəllimə yığım məsələsində canfəşanlıq edirmiş. Verilən məlumata görə, müəllimlərin bir hissəsindən vəsait toplandıqdan sonra həmin pullar direktora verilib. Direktorsa Fatma müəllimin adına götürdüyü kreditin aylığını ödəmək üçün 358 manat pulu yenidən Fatma müəlliməyə qaytarıb. Bu isə banka ödəniləcək məbləğdən 10 manat az imiş. Elə bu 10 manata görə də, direktorla müəllim arasında dava-qırğın düşüb. Hətta direktor müəlliməni nəlayiq ifadələrlə təhqir etməkdən belə çəkinməyib. Beləliklə, direktorla müəllim arasındakı münaqişə böyük bir kollektivin gözləri qarşısında baş verib. Bu günki yaranmış xoşagəlməz insidentə görə, Təhsil Nazirliyinə və digər əlaqədar qurumlara müraciət edirik ki, bu məsələni araşdırsınlar. İddialara görə məktəb direktoru harda oturursa Saatlı rayonunun prokuroru Kamran Əhmədovun adından istifadə edir, onun tərəfindən müdafiə olunduğunu bildirir. \Gündəlik-baku.com\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.