Avronun manata qarşı məzənnəsi ikiaylıq minimuma enib- Rəqəmlər

3-02-2021, 11:00           
Avronun manata qarşı məzənnəsi ikiaylıq minimuma enib- Rəqəmlər
Fevralın 3-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0471 manata enib. Avronun əsas valyutalara nisbətdə möhkəmlənməsi fonunda, bu göstərici son iki ayda qeydə alınan ən aşağı göstəricidir.

“APA-Economics”in hesablamalarına görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin dekabrın 1-də qeydə alınmışdı – 2,0328 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 2,3% dəyər itirib.

Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0224 manat, 1 türk lirənin məzənnəsi isə 0,2362 manata enib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru