DYP taksi sürücülərinə müraciət etdi: “Məsuliyyətə cəlb ediləcəklər”

4-02-2021, 21:43           
DYP taksi sürücülərinə müraciət etdi: “Məsuliyyətə cəlb ediləcəklər”
Bu il yanvar ayının 1-dən bu günə kimi qaydaları pozan 100-dən çox taksi sürücüsü məsuliyyətə cəlb olunub.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, İdarə tərəfindən qaydaları pozaraq, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə, eləcə də avtobus sürücülərinə müraciət olunub:
“Sürücülərdən xahiş edirik ki, qoyulan tələblərə ciddi şəkildə riayət etsinlər. Yanvar ayı ərzində 80-ə yaxın avtobus sürücüsü barədə də inzibati tənbeh tədbirləri görülüb. Sərnişinlərin rahat və təhlükəsiz daşınmasını texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirmək lazımdır. Avtobus sürücüsünün dayanacaqdan kənarda dayanmasına, sərnişinlərlə birgə yanacaq doldurma məntəqəsinə daxil olmasına görə, o cümlədən taksi sürücüləri işarələnmiş taksi duracaqlarından kənarda sifariş qəbul etməsinə və fərqlənmə nişanı olmadan sərnişin daşımasına görə məsuliyyətə cəlb ediləcəklər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru