“Ermənistanı zorla Rusiyaya birləşdirməliyik” - Jirinovski

27-02-2021, 10:02           
“Ermənistanı zorla Rusiyaya birləşdirməliyik” - Jirinovski
Ermənistanda hazırkı baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları davam edir. “Komsomolskaya Pravda” radiosunun efirində Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski böhrandan çıxış yolunu təklif edib.
“Bundan sonra nə etməli? Otuz ildir orada belədir. Erməni problemini götürsək, artıq üç yüz ildir, hətta min ildir. Çarəni padşahın dövründə olduğu kimi görürəm. Rusiyanın bir hissəsi olan İrəvan quberniyası… Bax, onda hər şey sakitləşəcək”.

Deputatın sözlərinə görə, hamını danışıqlar masasına oturtmaq mümkün deyil.
“Ermənistan parlamentinin qərar qəbul etməsi lazımdır. Görürsən, parlamentin iclası hələ keçirilməyib. Çünki Paşinyanın “Mənim addımım” partiyası iclasa gəlmir. Və buna görə də iclas baş tutmur. Yəni orada dəyirmi masa mümkün deyil”, – deyə Jirinovski izah edib.
V.Jirinovski qeyd edib ki, ermənilərin özlərindən, əlbəttə ki, Rusiyaya qoşulmaq istəkləri barədə soruşulmalıdır və imtina edəcəkləri təqdirdə Ermənistana kömək etməyə lüzum qalmayacaq.
“İstəmirlərsə, qalsınlar. Ancaq oraya daha heç bir əsgər göndərməyəcək, yardım göstərməyəcəyik. Amerikalıların isə kömək göstərməsi daha ağlabatan deyil”, – deyə Vladimir Volfoviç fikrini yekunlaşdırıb.
RLDP sədri hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır. Onun proqnozuna görə, yaxın günlərdə respublika vətəndaşları yeni bir siyasi rejim formatında oyanacaq.
Jirinovskinin fikrincə, Nikol Paşinyan tezliklə xaricə qaça bilər və ya Amerika səfirliyində “gizlənə” bilər.
“Dəyişiklik qaçılmazdır. Hakimiyyətə gələn şəxs isə rusiyapərəst olmayacaq. Hər halda NATO tərəfdarının da olacağını gözləmirəm. Amerikayönlülər Paşinyanın şəxsində bu gün iqtidardadırlar”, – deyə rusiyalı siyasətçi əlavə edib.(Konkret.az)шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.