Quterrişdən Boliviyanın eks-prezidentinin saxlanılmasına reaksiya

14-03-2021, 11:58           
Quterrişdən Boliviyanın eks-prezidentinin saxlanılmasına reaksiya
BMT-nin Baş katibi Antoniu Quterriş Boliviyanın eks-prezidenti Janin Anyesin saxlanılması kontekstində şəffaf məhkəmə icraatının zəruriliyini qeyd edib.

Bu barədə Busaat.az TASS-a istinadən xəbər verir.

“Boliviyada keçmiş dövlət məmurları və hakimiyyətə qarşı son hüquqi hərəkətlərlə əlaqədar Baş katib lazımi hüquqi prosedurların zəmanətlərinin qorunması və bütün məhkəmə icraatlarının tam şəffaflığının zəruriliyini xatırladır”, – məlumatda deyilir.

Daha əvvəl Boliviyanın keçmiş Prezidenti Janin Anyes terrorizm, dövlət xəyanəti və cinayət sövdələşməsi ittihamı ilə saxlanılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru