Abşeronda DƏHŞƏT: Quşlar kütləvi şəkildə tələf olur - VİDEO

15-03-2021, 16:02           
Abşeronda DƏHŞƏT: Quşlar kütləvi şəkildə tələf olur - VİDEO
Abşeronda quşlar kütləvi şəkildə ölür.
Bu barədə Oxu.Az-a Nizami rayon sakini, fərdi sahibkarlıqla məşğul olan Həsənov Loğman Filman oğlu məlumat verib.
Onun sözlərinə görə, fərdi sahibkar qismində Abşeron rayonu Bərkdərə adlanan ərazidə quşçuluq sahəsi üzrə fəaliyyətə başlayıb:

“Təsərrüfatımız 310 000 ədəd toyuqla fəaliyyət göstərib. Hətta mövcud karantin vəziyyətində belə var gücümüzlə işləmişik ki, ölkədə quş əti və yumurta qıtlığı yaranmasın, habelə işçilər işsiz qalmasınlar. Sahibkar olaraq üzərimə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirmişəm.Təsərrüfatımda rəsmən 62 nəfər əmək qanunvericiliyi tələbləri əsasında fəaliyyət göstərir.

Lakin təəssüf olsun ki, 20.02.2021-ci il tarixindən etibarən yetişdirdiyimiz cins quşlar müəyyən olunmayan virus-bakteriya səbəbindən kütləvi şəkildə tələf olmağa başladılar. Qısa müddət ərzində 247 000 ədəd cins toyuq tələf oldu. Uzun illər və gərgin əməklə ərsəyə gətirilən təsərrüfat qısa müddət ərzində tənəzzülə uğradı”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru