İraqda 3 min xarici hərbçi var - Baş nazir

16-03-2021, 10:07           
İraqda 3 min xarici hərbçi var - Baş nazir
İraqda İŞİD terror qruplaşması ilə mübarizə aparmaq üçün hazırda 3 min xarici əsgər var. Onlardan 2500-ü ABŞ-a, qalanları beynəlxalq koalisiya qüvvələrinə məxsusdur. Azvision.az xəbər verir ki, bunu İraqın baş naziri Mustafa əl-Kazimi deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi hazırkı hökumət ölkənin diplomatik əlaqələrini inkişaf etdirib, ABŞ ilə strateji dialoq üzərində çalışıb. İqtisadi, diplomatik və mədəni əməkdaşlığa diqqət edib. Eyni zamanda xarici əsgər sayını azaltmağı bacarıb. Bu say yüzdə 60-a düşüb.

Baş nazir bildirib ki, İraq bütün regional və beynəlxalq güclərə açıqdır. O, bir sıra ərəb ölkələri, Türkiyə, İranla danışıqlar aparıldığını da vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru