SSRİ-nin varlığına Rusiyanın eks-prezidenti Boris Yeltsin son qoyub.
Teref.az Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Pozner deyib.
“Çoxları Qorbaçovu SSRİ-ni parçalamaqda ittiham edir. Əslində isə o, SSRİ-ni saxlamaq istəyirdi, amma bunu edə bilmədi, çünki o zaman dövlət süqut prosesində idi. SSRİ-nin varlığına Boris Yeltsin son qoydu. Bunu xatırlamaq lazımdır”, – deyə o bildirib.