On milyonlarla "AstraZeneca" vaksini ABŞ-da anbarlara yığılır
17-03-2021, 09:02

Amerika Birləşmiş Ştatlarında (ABŞ) on milyonlarla "AstraZeneca" vaksini anbarlarda saxlandığı bir vaxtda bir sıra ölkələr onun tədarükünü gözləməkdədir. Bu vaksinin yerli requlyator tərəfindən istifadəsinə hələlik icazə verilməsə də, bəzi ölkələr artıq onun istifadəsinə hazır dayanıb. Bu barədə «Nyu-York Tayms» qəzeti yazıb.
Məumata görə, "Astra-Zeneca" vaksini 70-dən artıq ölkənin requlyatoru tərəfindən təsdiq alsa da, hələlik ABŞ-da onun sınaqları başa çatmayıb və farmaşirkət hələlik icazə üçün Əzaqların və dərman vasitələrinin keyfiyyətinə nəzarət İdarəsinə (ABŞ) müraciət etməyib. Qeyd edək ki, bəzi ölkələr bu preparatın kənar effektinə görə, onunla peyvəndləməni dayandırıb.
"AstraZeneca" vaksinin Avropa İttifaqına (Aİ) ixracı üçün artıq ABŞ hakimiyyətinə müraciət edib. Qəzetn məlumatına görə, hələlik ABŞ hakimiyyəti sorğunu inkar edib, ancaq müzakirələr davam edir. Qəzet yazır ki, hazırda ABŞ prezidenti administrasiyası, Səhiyyə Nazirliyi və "AstraZeneca"nın rəhbərliyi arasında fəal danışıqlar gedir.
Amerikanın bəzi vəzifəli şəxsləri hesab edirlər ki, bu vaksinin ixracına icazə vermək lazımdır, amma ABŞ-da istifadəsinə icazə olmadığı üçün digərləri bu variantın əleyhinə çıxış edirlər.
"Nyu-York Tayms"ın məlumatına görə, 30 milyona yaxın vaksin dozası Uest-Çeçter şəhərindəki (Oqayo ştatı) zavodda saxlanır. Mənbələr xəbər verirlər ki, "BioSolutions" şirkətinin (bu şirkət "AstraZeneca" ilə müqavilə əsasında həmin vaksini ABŞ-da istehsal edir) Baltimordakı zavodunda da on milyonlarla doza vaksin saxlanır - ampulalara qablaşdırılmış halda.
Artıq 7 ölkə "AstraZeneca" preparatından istifadəni dayandırıb. Səbəb isə preparatın insan bədənində qanın laxtalanmasına mənfi təsiri (bəzi pasiyentlərdə tromb əmələ gəlməsi) barədə yayılan xəbərlərdir. Amma bununla belə Avropa dərman vasitələri Agentliyi bu vaksindən istifadənin davamını tövsiyə edir.
AzPolitika.info