Ermənilərin "kökü kəsilir"

18-03-2021, 00:06           
Ermənilərin "kökü kəsilir"
Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq dünyaya gəlmişdisə, 2020-ci ildə bu rəqəm 36 448-ə qədər azalıb.

Əhalisi cəmi 2,9 milyon nəfər, əhali artımı əmsalı 1,7-ə bərabər ölkə – yox olmaq üzrə olan ölkə deməkdir. Bu rəqəmlər Ermənistana aiddir. Özü də müharibənin və pandemiyanın bu məsələdə rolu bir o qədər də çox deyil. Sputnik Armeniya-nın yaydığı xəbərə görə, son illər bu ölkədə demoqrafik göstəricilər xeyli aşağı düşüb. Əhalinin artım əmsalı 1,7-ə qədər azalıb ki, bu da ailələrdə ikinci uşağın belə doğulmadığını göstərir.

Xəbərdə bildirilir ki, hazırda əsasən 1990-cı illərdə anadan olmuş gənclər ailə qurmalıdırlar, ancaq Ermənistanda yaşanan iqtisadi böhran səbəbindən həmin yaşda olan insanlar kütləvi şəkildə ölkəni tərk ediblər. Odur ki, 2020-ci ildə dünyaya gələn uşaqların sayı kəskin şəkildə aşağı düşüb.

Bununla belə, ermənilərin sayının azalmasına daha çox ölkədə doğum səviyyəsinin aşağı düşməsi səbəb olub. Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq dünyaya gəlmişdisə, 2020-ci ildə bu rəqəm 36 448-ə qədər azalıb.

Demoqrafik vəziyyətə ermənilərin kütləvi şəkildə xaricə miqrasiya etməsi də öz təsirini göstərir. Ermənistan müstəqillik qazanandan bu günə kimi bu ölkəyə gələnlərlə xaricə üz tutanların sayı arasındakı fərq 1 milyon 120 min nəfər təşkil edib. 2020-ci ildə Ermənistandan miqrasiya edənlərin 90%-i Rusiyaya üz tutub.

Beləliklə, əgər 1992-ci ildə Ermənistanın əhalisi 3 milyon 633,3 min nəfər idisə, 2020-ci ilin son rübündə bu rəqəm 2 milyon 967,9 min nəfər təşkil edib.

Müqayisə üçün qeyd edək ki, son iki il ərzində Azərbaycanda əhalisinin sayı 138 min nəfər artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 2021-ci ilin fevral ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 3015 nəfər və ya 0.03% artaraq 10 122 148 təşkil edib. Əhalinin 49,9%-ni kişilər, 50.1%-i isə qadınlar təşkil edir. Hesabat dövründə ölkə ərazisində 10812 uşaq dünyaya gəlib ki, bu da hər 1000 nəfərə 12.7 körpə deməkdir. Yeni doğulmuşların 53.4%-ni oğlanlar, 46,6%-ni qızlar təşkil edir. 238-i əkiz, 6-sı isə üçəm dünyaya gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru