Rusiyada COVID-19 xəstəsinin səhv müalicə səbəbindən ölümünə görə xəstəxana cərimələnib

18-03-2021, 07:41           
Rusiyada COVID-19 xəstəsinin səhv müalicə səbəbindən ölümünə görə xəstəxana cərimələnib
Rusiyanın Smolensk şəhər məhkəməsi koronavirus infeksiyasına yoluxmuş xəstənin səhv müalicə səbəbindən ölməsinə görə "Smolensk Regional Klinik Xəstəxanası"nı cərimələyib.

APA xəbər verir ki, bu barədə Smolensk məhkəməsinin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Cərimənin məbləği 150 000 rubl civarında olub.
Məhkəmə prosesi zamanı qarşı tərəf ölüm faktını xəstədə bir sıra xroniki xəstəliklərin olması ilə izah etməyə çalışsa da, hakim bu dəlilləri qəbul etməyib.

Qeyd edək ki, pandemiya başlayandan Smolensk bölgəsində koronavirusdan 680 nəfər ölüb, 27 mindən çox yoluxma hadisəsi qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru