Hərbi hissəyə silahlı hücum - 33 əsgər öldürüldü, daha 14 nəfər...

18-03-2021, 08:10           
Hərbi hissəyə silahlı hücum - 33 əsgər öldürüldü, daha 14 nəfər...
Afrikanın şimal-qərbində yerləşən Malidə hərbi hissələrdən birinə silahlı hücum olub.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən Ansanqo rayonundan 60 kilometr məsafədəki Tessit yaşayış məntəqəsində hərbi hissə silahlı terrorçuların hücumuna məruz qalıb.

Hücum nəticəsində 33 hərbi qulluqçu öldürülüb, daha 14 nəfər xəsarət alıb. Yaralılardan 8-nin vəziyyəti ağırdır.

Hücumun hansı qruplaşma tərəfindən təşkil olunduğu açıqlanmır.

Malinin Müdafiə Nazirliyi ərazidə təhlükəsizliyin gücləndirildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru