Bakıda karantin postları qurulur?

18-03-2021, 14:15           
Bakıda karantin postları qurulur?
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2” genom analizi edilən üç nəfərdə COVID-19-un sürətlə yayılan Britaniya növünün aşkarlandığı açıqlanıb.

Sosial şəbəkələrdə geniş müzakirə olunan koronavirusun yeni növünün aşkarlanması ilə əlaqədar bayram günlərində rayonlara gediş-gəlişə qadağa qoyulacağı bildirilir. Hətta Bakıya giriş-çıxışla bağlı qadağaya nəzarət üçün polislərə göstəriş verildiyi, postların qurulmasına başlanıldığı iddia olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov modern.az-ın sorğusuna cavab olaraq, məlumatların həqiqətə uyğun olmadığını bildirib:

"Postların qurulması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar verilməlidir. Hazırda belə bir qərar yoxdur, polisə post qurulması ilə bağlı da göstəriş verilməyib. İnsanlar sərbəst şəkildə rayonlara gedib gəlir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru