Britaniya ştammı nə ilə fərqlənir? – “İnsanda dadbilmə itmir və...”

19-03-2021, 00:12           
Britaniya ştammı nə ilə fərqlənir? –
Azərbaycanda koronavirus infeksiyasının Britaniya ştammının aşkar olunduğu açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib iki kişi, bir qadında bu virusun əlamətləri tapılıb. TƏBİB ictimaiyyətə müraciət edərək pandemiya qaydalarına riayət etməyə cağırıb.

Nazirlər Kabineti yanında Operativ Qərərgahın bu səbəbdən martın 19-dan etibarən karantin rejimini sərtləşdirəcəyi barədə xəbər yayılıb.

Bəs Britaniya ştammı adı koronavirusdan hansı əlamətləri ilə fərqlənir?

Həkim Müşfiq Hüseynov “AzPolitika.info”-ya bildirib ki, Azərbaycanda Britaniya ştammının necə təyin olunması barədə məlumatı yoxdur: “Bu dünyada yalmış Çin və ya standart ştammın daha ağır formasıdır. Yoluxan xəstə daha ağır vəziyyətə düşür, güclü öskürək, sinə və ətraflarında ağrılar yaşayır. Bir fərqi də odur ki, insanda dadbilmə itmir. Bu barədə əhali məlumatlandırılmalıdır. İndiyə qədər yoluxmanı biz necə müəyyənləşdirirdik?

Qızdırma, öksürək var, amma dadbilmə itməyibsə, deməli mən koronavirus xəstəsi deyiləm. Amma Britaniya ştamında bu yanaşma öz qüvvəsini itirir. İnsanlar buna xüsusi diqqət etməməlidirlər. Mütləq qaydada testdən keçməli və onun nəticəsinə uyğun qərar verməlidirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.