Qadın müşahidə kamerasının sayəsində uşağı pedofildən xilas etdi - VİDEO

19-03-2021, 07:33           
Qadın müşahidə kamerasının sayəsində uşağı pedofildən xilas etdi - VİDEO
Misirli qadın müşahidə kamerasından təsadüfən gördüyü mənzərə sayəsində uşağı pedofilin əlindən xilas edib.

Bu barədə “The Observers” xəbər yayıb.

Bildirilir ki, Qahirədə laboratoriya əməkdaşı olan Yevgeni Osama təsadüfən kameraya baxarkən qalstuklu bir kişinin balaca qızcığacı küncə sıxışdırdığını və əlini qızın paltarının altına saldığını görüb.

Qadın uşağı xilas etmək üçün laboratoriyadan qaçaraq çıxıb.

Kişi əvvəlcə ittihamları rədd edib, ancaq Osama kameranı göstərəndən sonra kişi aradan çıxıb. Misirli qadın həmkarı ilə birlikdə onun arxasınca düşsə də, gözdən itirib.oxu.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.