Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

19-03-2021, 11:07           
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏHövsanda güzəştli mənzillərin növbəti seçiminin keçiriləcəyi tarixlər açıqlanıb

Hövsanda güzəştli mənzillərin növbəti seçiminin keçiriləcəyi tarixlər
Hövsan Yaşayış Kompleksinin bir sıra binaları üzrə ümumilikdə 503 mənzilin satışı 21 aprel tarixində başlayacaq və 30 aprel tarixinədək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən Valyuta.Az-a verilən məlumata görə, mənzillərin seçimi 26-30 aprel tarixlərində baş tutacaq.

Mənzillərin əldə edilməsi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd edək ki, 1 otaqlı mənzillərin qiyməti 32 130 manatdan, 2 otaqlı – 42 415 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 57 120 manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.