Azərbaycanda yeni inşa edilən körpü qəzalı vəziyyətə düşdü - FOTOLAR

19-03-2021, 12:58           
Azərbaycanda yeni inşa edilən körpü qəzalı vəziyyətə düşdü - FOTOLAR
Tovuzun 3 kəndini rayon mərkəzi ilə birləşdirən Yuxarı Öysüzlü kəndi ərazisindəki körpü yeni inşa edilsə də, sütunlarında problemlər yaranıb. Bu isə sürücüləri və körpüdən istifadə edən sakinləri narahat edir.

Teref.az xəbər verir ki, körpü 12 il əvvəl Yuxarı Öysüzlü kəndi ərazisində inşa edilib.

Ağdam, Vahidli və Yuxarı Öysüzlü kəndlərinin sakinləri bu müddət ərzində körpüdən gündəlik istifadə etməkdədirlər.

İndi isə körpü sütununu saxlayan beton lövhələrin altındakı torpaq boşaldığından təhlükə yaranıb. Körpünün özündə hər hansı problem olmasa da, sütunun dibindəki mövcud vəziyyət görənləri istər-istəməz narahat edir.

Məsələ ilə əlaqədar "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yaxın zamanda körpüdəki problem həll ediləcək.

Qeyd edək ki, körpünün uzunluğu 149 metr, eni 7 metrdir.

(baku.ws)



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru