"Yalnız nazir və ailəsi restoranı tərk etdikdən sonra "qara camaata”" -Bizdə belə olur

14-02-2016, 11:54           
"Yalnız nazir və ailəsi restoranı tərk etdikdən sonra "qara camaata”" -Bizdə belə olur
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu gün ailəsi ilə birlikdə Qusardakı «Şahdağ» Turizm Kompleksində istirahət edib.

AzPolitika-ya daxil olan məlumata görə, bu "ali irq” nümayəndəsinin istirahət gününü mənalı keçirmək istəyi eyni niyyətlə "Şahdağ”a üz tutan yüzlərlə "plebeyin” elementar hüquqlarının pozulmasına səbəb olub. Məsələn, nazir ailəsi ilə birlikdə restoranda olduğu vaxt başqalarının bu məkana girişi qadağan olunub.

Ailəsi ilə birlikdə "Şahdağ”da istirahət edən vətəndaşlardan birinin dediyinə görə, otelin restoranından istifadə etmək imkanı saatlarla məhdudlaşdırılıb. Turizm kompleksinin işçiləri bildiriblər ki, nazir Əbülfəs Qarayev ailəsi ilə birlikdə restorandadır, onlar çıxmayınca heç kimi ora buraxa bilməzlər. Yalnız nazir və ailəsi restoranı tərk etdikdən sonra "qara camaata” yemək verilib.

"Şahdağ” Turizm Kompleksi əcnəbi turistlərin az da olsa maraq göstərdikləri Azərbaycanın nadir turizm obyektlərindən biridir. İndi təsəvvür edin ki, nazirə görə otelin restoranının digər müştərilərin üzünə bağlanmasını bu gün "Şahdağ”da olan əcnəbilər necə qarşılayıblar.

Faciə həm də bundadır ki, neft erasının bitdiyi, hökumətin və xalqın qeyri-neft sektorundan, o cümlədən də turizmdən asılı qaldığı bir dövrdə Azərbaycanın turizm siyasətinin başında Əbülfəz Qarayev durur. Özünün və ailəsinin rahatlığı naminə yüzlərlə yerli və xarici turistin hüquqlarının tapdanmasını özünə rəva görən Əbülfəs Qarayev…














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.