"İşsiz qaldığıma görə deputat oldum" - Millət vəkilindən olay AÇIQLAMA

31-03-2021, 21:26           
"İşsiz qaldığıma görə deputat oldum" -
“İşsizliyin nə olduğunu çox yaxşı bilirəm. Yeddi il işsiz qalmışam. Buna görə də işsiz insanları hansı çətinliklərlə üzləşdiklərindən xəbərdaram”.

Bu sözləri Milli Məclisin deputatı Erkin Qədirli deyib.

Bu gün “Müsavat” TV-nin qonağı olan millət vəkili maraqlı açıqlamalar verib.

Onun sözlərinə görə, deputat olmaq heç də ürəyincə deyil: “Universitetdən çıxardılar, işsiz qaldım, deputat oldum”.

E.Qədirli deyib ki, növbədənkənar parlament seçkiləri mojaritar qaydada keçirilsə, namizədliyini irəli sürməyəcək: “Mən proporsional seçki sisteminin tətbiq olunmasının tərəfdarıyam. Qapı-qapı düşüb insanlardan səs yığmaq adətim deyil. Hətta uşaq olanda çərşənbə bayramlarında evlərə papaq atmırdım. İnsan necə başqasının qapısını döyüb “mənə şirniyyat ver” deyər?!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru