Şəhid alilələrinə və əlillərə verilən verilən müavinətlərin məbləği AÇIQLANDI

1-04-2021, 10:13           
Şəhid alilələrinə və əlillərə verilən verilən müavinətlərin məbləği AÇIQLANDI
Əmək pensiyası almaq hüququ olmayan 2 min 400 nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 244 qəyyumuna aylıq müavinət verilib.

Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 7 min 800 ailəsinə 12 min 800 uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 1855 nəfər bir yaşadək uşağı olan 1852 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2500 qadına 8900 uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 369 şəxsə isə kompensasiya verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru