Kral eşidəndə İNANMAYIB: Saxta əsəri Salmana 450 milyon dollara satıblar

9-04-2021, 16:34           
Kral eşidəndə İNANMAYIB:
İtalyan rəssam Leonardo da Vinçiyə aid olduğu deyilən dünyanın ən bahalı əsəri “Dünyanın xilaskarı” rəsmi barədə həqiqət üzə çıxıb.

Metbuat.az-ın məlumatına görə, Luvr muzeyinin əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın hərracda 450 milyon dollara aldığı əsəri da Vinçi çəkməyib. Rəsm sadəcə da Vinçinin emalatxanasında çəkilib. Bildirilir ki, həqiqət üzə çıxandan sonra krallıq Fransadan məsələnin ört-basdır edilməsini istəsə də, alınmayıb. Məsələ barədə “ The Savior for Sale” adlı sənədli film gələn həftə nümayiş olunacaq.

Qeyd edək ki, 2005-ci ildə ingilis mütəxəssislər əsərin orijinal olduğunu iddia etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru