Mafiya PUA davasına keçdi

14-09-2021, 07:03           
Mafiya PUA davasına keçdi
Üç partlayışın olduğunu bildirən SNAI vurğulayır ki, "vəziyyət ciddidir", söhbət cinayətkar kartellər arasındakı müharibədən gedir.
Ekvadorun qərbindəki Quayas əyalətində yerləşən həbsxanaya pilotsuz uçan aparatlarla (PUA) hücum edilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ölkənin Azadlıqdan məhrum edilmiş şəxslər və qanun pozan həddi-büluğa çatmayanlarla iş üzrə Xidmətin (SNAI) Twitter səhifəsində qeyd olunub.

"Bu səhər Quayas əyalətindəki regional mərkəz dronlardan hücuma məruz qalıb. Üç partlayış olub, mərkəzin tavanı zədələnib. Hücum qanunsuz dəstələrin başçılarına qarşı yönəldilmiş ola bilər", - Xidmətin məlumatında deyilir.

SNAI vurğulayır ki, "vəziyyət ciddidir", söhbət cinayətkar kartellər arasındakı müharibədən gedir. Hadisə zamanı ölən və yaxud xəsarət alanlar barədə isə məlumat verilmir.

Universo nəşrinin məlumatına görə, partlayışlar yaxınlıqdakı yaşayış məntəqələrində eşidilib, sakinlər bildiriblər ki, pəncərələrin şüşələri də partlayış dalğasından titrəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru