Taliblər insan oğurluğunda ittiham olunan dörd nəfəri edam edib

25-09-2021, 17:16           
Taliblər insan oğurluğunda ittiham olunan dörd nəfəri edam edib
Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı insan oğurluğunda ittiham olunan Herat əyalətinin dörd sakinini edam edib.

AZƏRTAC yerli Aamaj News agentliyinə istinadla xəbər verir ki, cinayətkarlar böyük izdiham qarşısında dar ağacından asılıb. “Taliban” hələlik hadisə ilə bağlı şərh verməyib. Bir müddət öncə hərəkatın banilərindən biri molla Nurəddin Turabi Associated Press agentliyinə müsahibəsində taliblərin oğurluq hallarına görə əzaların kəsilməsi də daxil olmaqla ictimai edamları bərpa etməyi planlaşdırdığını bildirib.

“Taliban” hərəkatının hakimiyyətdə olduğu 1996-2001-ci illərdə daşqalaq, əzaların kəsilməsi, asılaraq edam kimi ictimai cəzalar ölkədə geniş yayılmışdı. Cəzalarla bağlı qərarlar taliblərin qurduğu üç şəriət hakimindən ibarət xüsusi tribunallar tərəfindən verilir və ölkə rəhbərliyinin təsdiqindən sonra həyata keçirildi. Taliblərin hakimiyyətdən uzaqlaşdırılması ilə Əfqanıstanda bu cür ictimai cəza növləri ləğv edilmişdi.

Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatı paytaxt Kabilə döyüşsüz daxil olraq hakimiyyəti tam ələ keçirib. Ölkə Prezidenti Əşrəf Qani öz postunu tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə sığınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru