Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb

2-10-2021, 00:03           
Vəkil olmaq istəyənlər üçün imtahan başa çatıb
Dövlət İmtahan Mərkəzi vəkilliyə qəbul imtahanı ilə bağlı məlumat yayıb

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə oktyabrın 2-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

AYNA DİM-ə istinadən xəbər verir ki, imtahan kompüterlər vasitəsilə 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim edilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Xatırladaq ki, qeydiyyatdan keçmiş 280 namizəddən 7-si imtahana gəlməyib. İmtahan verən 273 namizəddən 130 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 4-7-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru