Keçmiş nazirin 12 milyonluq CİNAYƏTİ – Cəzası nə olacaq?

5-10-2021, 00:04           
Keçmiş nazirin 12 milyonluq CİNAYƏTİ –
Rusiyanın Komi Respublikasının keçmiş daxili işlər naziri Viktor Polovnikov rüşvət ittihamı ilə hakim qarşısına çıxarılıb.

Teref.az xəbər verir ki, Sıktıvkar məhkəməsində 12 milyon rubl məbləğində rüşvət almaqda suçlanan Polovnikovun cinayəti sübuta yetirilib.

Məlumata görə, sabiq nazir külli miqdarda rüşvəti vasitəçi şəxsin əli ilə alıb. Bundan sonra aldığı rüşvəti leqallaşdırmaq üçün müəyyən maliyyə əməliyyatları həyata keçirib.

Prokurorun 13 il azadlıqdan məhrum etmə cəzası tələb etdiyi Polovnikova oktyabrın 5-də hökm oxunacaq.

(Yenicag.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru