İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar

5-10-2021, 22:29           
İnstaqram və feysbukun işində növbəti dəfə nasazlıqlar
Dünyanın bir sıra ölkələrində instaqram və feysbuk sosial şəbəkələrinin işində yenidən problem yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, istifadəçilər sosial şəbəkənin işindəki fasilələrdən şikayətlənirlər.

Sosial şəbəkənin işindəki nasazlıqlar əsasən ABŞ, İngiltərə, Avropa, Kanada, Rusiya və digər ölkələrdə müşahidə olunur.

İstifadəçilərin 54%-i tətbiqdəki problemdən, 25%-i vebsaytın yüklənməməsindən, digər 39%-i şəbəkəyə qoşulmaqdan şikayətlənir.

Feysbukdakı nasazlıqlar isə əsasən sayt, tətbiq və şəbəkə ilə əlaqədardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru