Gələcəkdən gəldiyini iddia edir, proqnozlar verir: 24-cü əsrdə...
6-10-2021, 09:11

Xarici görünüşü ilə diqqətləri özünə cəlb edən Gerald Qardner adlı Tik-tok istifadəçisi gələcəkdən gəldiyini iddia edib.
Musavat.com xəbər verir ki, Gerald Qardner həmçinin gələcəyə aid proqnozları ilə diqqət çəkib. 1988-ci ildə ingilis hökumətində xidmət etdiyini bildirən zaman səyyarı 2300-cü ilə göndərildiyini iddia edib. 24-cü əsrdən məlumatlar gətirdiyini söyləyən Gerald Qardnerin dedikləri heyrətlə qarşılanır.
Qeyd edək ki, Tik-tok sosial şəbəkəsində kimlərsə tez-tez zaman yolçusu olduqlarınıiddia edirlər. Heç bir elmi sübut olmamasına rəğmən onların səhifələri dünyanın hər yerindən təkibçilər qazanır.
Gerald Qardner adlı adam da bəşəriyyətin gələcəyi üçün bir təcrübə proqramı çərçivəsində 2300-cü ilə getdiyini, oradan məlumatlar gətirdiyini bildirib. Zaman maşınının kürə şəklində olduğunu deyən Gerald Qardner kürənin içində olduğu zaman şüurunu itirdiyini, səfər müddətində heç bir şey hiss etmədiyini bildirib. Onun sözlərinə görə, böyük binaların olduğu bir şəhərdə oyanıb. Yerin cazibə qüvvəsinin qarşısını alan texnologiyalar sayəsində şəhərlərin havadan asılı qaldığını, həmçinin üzən şəhərlər gördüyünü iddia edib.
“24-cü əsrdə dünya tamamilə qaydasız sistemə çevrilib. Şəhərlər kompüterlərlə təchiz olunub və kompüterlərlə idarə edilir. İnsanların rəhbərləri bilgisayarlardır. Kiçik bir cinayət belə işlətsəniz, bütün günü işləyəcəyiniz kamplara göndərilirsiniz. Qaydasız dünyada sistemi pozanların şüuruna məlumatlar yüklənir, sonsuza qədər virtual mühitdə həyatlarını davam etdirirlər”, - Gerald Qardner əlavə edib.
